Şəmkirdə güclü külək 40 evə ziyan vurdu - FOTO
29
iyl
2020
12:02
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gecə Şəmkir rayonunda güclü külək ciddi fəsadlara yol açıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, güclü küləklə müşahidə olunan leysan xarakterli yağış rayon ərazisində 40 fərdi evə ziyan vurub.
Bundan əlavə 18 iri gövdəli ağac aşıb. Təxminən 20 elektrik dirəyi sıradan çıxıb.
Bir neçə şəxsi avtomobil yararsız hala düşüb. Bəzi qəsəbə və kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda rayon İcra Hakimiyyəti Aparatı yanında komissiya tərəfindən rayon ərazisinə dəyən ziyanın miqdarı hesablanır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın dağ rayonuna dolu yağdı - VİDEO
Gədəbəy rayonuna dolu düşüb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, dolu rayonun dağ kəndi olan Şınığa düşüb və təxminən 20 dəqiqə davam edib. Bu...