Azərbaycanın dağ rayonuna dolu yağdı - VİDEO

Azərbaycanın dağ rayonuna dolu yağdı - VİDEO
Video
Hadisə 616

Gədəbəy rayonuna dolu düşüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, dolu rayonun dağ kəndi olan Şınığa düşüb və təxminən 20 dəqiqə davam edib. Bundan əlavə rayonun Saratovka kəndində güclü külək nəticəsində bir neçə iri gövdəli ağac aşıb.

Bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Rayon mərkəzinə isə yağış yağıb.

Hazırda Gədəbəy rayon İcra Hakimiyyəti yanında yaradılan Komissiya təbii hadisənin vurduğu ziyanı hesablayır. Bu dəqiqələrdə şiddətli yağış və külək dayansa da, rayon ərazisində yağış müşahidə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər