Şəmkirdə baş verən dəhşətli qətlin TƏFƏRRÜATLARI: Əmisi danışdı - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirdə baş verən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
BAKU.WS xəbər verir ki, APA-nın hadisə yerində olan müxbiri qətli törədən Elməddin Həsənovun əmisi Həsənov Tofiqlə söhbət edib.
Qatilin əmisi bildirib ki, qardaşı oğlunun başında ağrılar vardı, əsəb xəstəsi idi sabah həkimə gedəcəkdi:
“Sabah həkimə getməliydi guya, bu gün belə oldu”.
Hadisə yerindəki qonşular isə söyləyib ki, Elməddin Həsənov kənardan normal şəxs kimi görünürdü, bazarda al-ver edirdi.
***13:00
Prokurorluq Şəmkir rayonundakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Şəmkir rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənovun 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin gün təxminən saat 07 radələrində Elməddin Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadına və köməksiz vəziyyətdə olan azyaşlı qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirərək qəsdən öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.Elməddin Həsənov tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***11:16
Şəmkirdə kişi həyat yoldaşını və az yaşlı övaldını qətlə yetirib.
BAKU.WS-in yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki Elməddin Həsənov həyat yoldaşı 1995-ci il təvəllüdıü Həsənova Lalə və 2014-cü il təvəllüdlü qızı Q.Həsənovanı bıçaqla qətlə yetrilib.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...