Şəkidə üç yaşlı uşağı it dişləyib
02
iyn
2024
10:03
Şəkidə üç yaşlı uşağı sahibsiz it dişləyib.
Hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib.
2021-ci il təvəllüdlü Elmir Elbəy oğlu Qədirlini küçədə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyərək xəsarət yetirib.
Valideynlərinin köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Elbəy Qədirliyə lazımi tibbi yardım göstərilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.//Apa
Oxşar xəbərlər
Zaqatalada çaqqal hücumuna məruz qalan şagirdlərin və kənd sakinlərinin adları AÇIQLANDI - YENİLƏNİB
Zaqatalada dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Muxax kəndində baş verib...