Şəkidə taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib

Şəkidə taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib
Hadisə 477
Şəki rayonunda taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib.Yanğın küləyin təsiri ilə güclənərək evlərə keçib və 3 evə ziyan dəyib. Yanğın nəticəsində 33 yaşlı Tural Nəmişov yanıq xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Əraziyə Şəki, Oğuz və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.Yanğın söndürülüb.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Dəhşətli yanğın 150 ailəni pərişan etdi

Dəhşətli yanğın 150 ailəni pərişan etdi

Ötən gecə Şamaxı rayonunda güclü yanğın baş verib.BAKU.WS xəbər verir ki, hadisə Çöl Göylər kəndi yaxınlığında yerləşən, həmin kənd sakinlərinə məxsus 200 ha ər...

786 Hadisə 10:26 14 iyun 2019

Son xəbərlər