Şəkidə avtomobil ağaca çırpıldı: ÖLƏN VAR

Şəkidə avtomobil ağaca çırpıldı: ÖLƏN VAR
Hadisə 113

Şəkidə minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, şəhərin Aşağı Küngüt kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər