Şəhid jurnalist Sirac Abışovun doğum günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün vəzifə borcunu yerinə yetirərkən şəhadətə yüksələn telereportyor - Sirac Abışovun doğum günüdür.
BAKU.WS xəbər verir ki, Azərbaycan jurnalistikasındakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov işğaldan azad olunmuş Azərbaycan torpaqlarını video şəklində tamaşaçılara təqdim edirdi. Əslən Qubadlıdan olan və məcburi köçkün həyatı yaşayan Sirac üçün bu təkcə peşə borcu yox, həm də şəxsi qürur məsələsi idi.
O, məsləkdaşı Məhərrəm İbrahimovla birlikdə 2021-ci il iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olub.
Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə S.Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.
Oxşar xəbərlər
Məhərrəm İbrahimov və Sirac Abışovun erməni terrorunun qurbanı olmasından bir il ötür
Bu gün peşə borcunu yerinə yetirərkən Azərbaycan mətbuatının iki nümayəndəsinin erməni terrorunun qurbanı olmasından 1 il ötür. BAKU.WS xatırladır ki, Vətən müh...