Məhərrəm İbrahimov və Sirac Abışovun erməni terrorunun qurbanı olmasından bir il ötür

Məhərrəm İbrahimov və Sirac Abışovun erməni terrorunun qurbanı olmasından bir il ötür
Hadisə 131

Bu gün peşə borcunu yerinə yetirərkən Azərbaycan mətbuatının iki nümayəndəsinin erməni terrorunun qurbanı olmasından 1 il ötür.

BAKU.WS xatırladır ki, Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşdü.

Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 4-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Məhərrəm İbrahimov və Sirac Abışov vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına daxil edilib.

Son xəbərlər