Şamayı və külmə balığını qanunsuz ovlayan şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Baş Mil-Muğan kanalının Saatlı rayonu ərazisindən keçən hissəsində, kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini A.Mansurov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balığı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Su polisi tərəfindən qanunsuz balıq ovu ilə məşğul daha bir nəfər saxlanılıb
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin mü...