Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın öldü

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın öldü
Hadisə 297

Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən "Kəpəz" Hospitalda ölüm hadisəsi baş verib.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Almaniya vətəndaşı olan türkəsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib.

Bildirilib ki, Tulin Turp klinikada estetik cərrah Seymur Məmmədov tərəfindən əməliyyat edilib və səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.

Qeyd edək ki, daha əvvəl Seymur Məmmədovun əməliyyat etdiyi 2 qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bunlar 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci ildə anadan olmuş Pərvanə Mirzəyevadır. Hər iki qadının S.Məmmədov tərəfindən "Etalon" klinikasında əməliyyat ediləndən sonra öldüyü bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirl...

46 Hadisə 17:01 22 sentyabr 2026

Son xəbərlər