Seymur Həzi azadlığa buraxıldı

29
avq
2019
08:44
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi azad edilib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, Seymur Həzi həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.AXCP Rəyasət Heyətinin üzvü olan Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.
Oxşar xəbərlər
Şadlıq sarayında 4 nəfərin bıçaqlanması ilə bağlı saxlanılan var
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda şadlıq sarayındakı bıçaqlanma hadisə ilə bağlı birgə məlumat yayıb. BAKU.WS xəbər verir ki, məlumat...
