Sexdə bədbəxt hadisə - Qadının sol biləyi kəsildi
04
mar
2019
09:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 1-də Beyləqan rayonunda sexdə bədbəxt hadisə baş verib.
BAKU.WS xəbər verir ki, ötən gün Beyləqan RMX-dan rayon prokurorluğuna Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində yerləşən “Xam pambığın emalı və tədarükü” sexinin maşinisti 1959-cu il təvəllüdlü Əliyeva Cəmilə Famil qızının sol bilək nahiyyəsindən aldığı xəsarətlə rayon mərkəzi xəstəxansına daxil olması barədə məlumat verilib.Daxil olmuş məlumat əsasında rayon prokuror və əməliyyat – istintaq qrupu hadisə yerinə tedib. Hadisə yerinin müayinəsi keçirilməklə foto şəkillər çəkilib və digər zəruri hərəkətlər icra edilib.Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Cəlilabaddakı qətllin TƏFƏRRÜATI - Prokurorluq məlumat yaydı
Yanvarın 2-də Cəlilabad rayonunun Üçtəpə kənd sakini Cəfərova Arzu Rafət qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında ray...