Sevgilisinin başında araq butulkası sındıran qadın cərimələnib

Sevgilisinin başında araq butulkası sındıran qadın cərimələnib
Hadisə 86

Abşeronda sevgilisinə araq butulkası ilə xəsarət yetirən qadın hakim qarşısına çıxarılıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə 2024-cü ilin dekabrında baş verib.

İşin materiallarına görə, hadisə günü Fəxrəddin (adlar şərtidir) və qeyri-rəsmi ər-arvad münasibətində olduğu Samirə yemək yeyərək spirtli içki qəbul ediblər. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Samirə mübahisə zamanı Fəxrəddinin boğazından tutub və onu itələyib. Bu zaman Fəxrəddinin kürəyi stula dəyib. Bundan sonra Samirə stolun üzərindəki boş araq butulkasını götürərək Fəxrəddinin başına zərbə vurub. Zərbə nəticəsində butulka parçalanıb, Fəxrəddin yıxılıb. Samirə evdən ayrılıb.

Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 000 manat məbləğində cərimə cəzası təyin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə...

62 Hadisə 18:44 02 may 2026

Son xəbərlər