Sevgilisinə zəng edən arvadına 2 il əzab verdi - Bu qədər həbs aldı

Sevgilisinə zəng edən arvadına 2 il əzab verdi - Bu qədər həbs aldı
Hadisə 108

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 42 yaşlı Mahir Məmmədovun (ad-soyadlar şərtidir) məhkəməsi başa çatıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, dini təriqətlərin birinə mənsub olan Mahirlə həyat yoldaşı Gülsüm arasında bir müddət əvvəl münasibətlər pisləşib. Buna səbəb Mahirin başqa qadınla qeyri-rəsmi münasibətdə olması olub. Belə ki, həyat yoldaşına birgə Suriyaya getməyi təklif edən kişinin istəyi arvadı tərəfindən qəbul edilməyib. Bundan sonra o, başqa qadınla münasibət qurub və həmin şəxslə birgə Suriya sərhədini keçməyi planlaşdırıb. Ərinin telefonunda başqası ilə münasibətini əks etdirən yazışmaları tapan Gülsüm ona etirazını bildirib. Belə ki, o, ərinin sevgilisinə zəng edib. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib.

Bundan sonra 2 ilə yaxın müddətdə Mahir mütəmadi olaraq arvadını döyüb, başı ilə ona zərbələr endirərək xəsarətlər yetirib, eləcə də döşəmədə sürüyüb.

Məhkəmə M. Məmmədovu Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə təqsirli bilib və 1 il həbs cəzası verib.

Son xəbərlər