Sərxoş halda qəza törədən polis polkovniki işdən çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Polis polkovniki işdən çıxarılıb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Veysəl İbrahimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, V.İbrahimovun adı mətbuata yad deyil. Belə ki, o, 2015-ci ildə sərxoş vəziyyətdə qəza törətməsi ilə medianın gündəminə gəlmişdi.
V.İbrahimov həmin vaxt Səbail rayon Polis İdarəsində çalışırdı.
Oxşar xəbərlər
Bakıda “kəfənli etiraz”la bağlı rəsmi açıqlama
Baş Prokurorluq qurumun binasının qarşısında keçirilən etiraz aksiyası ilə bağlı məlumat yayıb. BAKU.WS-in məlumatına görə, qurum bildirir ki, vətəndaşlardan d...