Sərxoş kişi polisə yalan məlumat verdi, həbs olundu
Gəncə şəhərində polisə yalan məlumat verən şəxs saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki mənzillərdən birində baş verib.
Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran İsayev (ad və soyad şərtidir) yanvarın 1-i saat 3 radələrində Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub. O, evində döyüldüyünü bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları K.İsayevin döyülmədiyini, sərxoş vəziyyətdə olduğunu aşkarlayıblar. Polis onu spirtli içki müayinəsinə dəvət edərkən Kamran bundan imtina edib və nalayiq ifadələr işlədib, səs-küy salıb.
Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətirib, barəsində inzibati protokol tərtib edərək məhkəməyə göndəriblər.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə K.İsayev 8 sutka həbs edilib.
Oxşar xəbərlər
Yevlaxda kişi dəm qazından zəhərlənərək ölüb
Yevlaxda kişi dəm qazından zəhərlənərək ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsmayılov Qaçay Bəhlul oğlu yaşadığı Yevlax şəhər Q.Quliyev küçəsi ev...