"Şərurlu İsfəndiyar"ın oğlu bu ittihamla tutulub
"Şərurlu İsfəndiyar" ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundovdan yeni xəbər var.
BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, tikinti maqnatının oğlu Şahin Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə Şahid Axundov atasının biznesinə daxil olan çoxsaylı Mənzil Tikinti Kooperativlərindən(MTK) birinin sədri olub.
Qeyd olunur ki, Şahin Axundov sədri olduğu MTK-ya mənzil almaq üçün pul ödəmiş vətəndaşların şikayətləri əsasında tutulub.
Ona qarşı külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.
Şahin Axundovun sədri olduğu MTK-da bir mənzilin bir neçə nəfərə satılması iddiaları var. İstintaqın genişlənəcəyi, MTK-nın digər rəsmilərinin də istintaqa cəlb ediləcəyi də istisna deyil.
Oxşar xəbərlər
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı...