Şərurda minaatan mərmisi aşkar edilib
Fövqəladə Hallar Nazirliyi (FHN) "112" qaynar telefon xəttinə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Danyeri və Tənənəm kəndləri istiqamətində açıq ərazidə hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən BAKU.WS-in yerli bürosuna verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in pirotexnikləri hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 62 mm-lik minaatan minası olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Oxşar xəbərlər
Anasını işdən gətirib və ... - Bakıdakı dəhşətli hadisə barədə
Yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayev...