Sərnişin avtobusu qəza törətdi - Ölənlərin sayı artdı - FOTO (YENİLƏNİB)

23
okt
2019
21:04
Tovuz rayonunda yol qəzasında ölənlərin sayı 2-yə çatıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan Qədim Ağayev yerləşdirildiyi xəstəxanada ölüb.18:10Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Öysüzlü kəndində baş verib.Hadisə nəticəsində sərnişin daşıma ilə məşqul olan mirkoavtobusla 1966-cı il təvəllüdlü Quliyev Sutanəli Tapdıq oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. İlkin məlumatlara görə qəzada "VAZ 2107" markalı avtomobildə olan sərnişin 1998-ci il təvəllüdlü Qarayev İsmət Şükür oğlu ölüb. Mikroavtobusda olan sərnişinlərdən Ağayev Qədim Nüsrət oğlu, 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı xəsarət alıb.İlkin məlumata görə qəza anında mikroavtobusda 10 dan artıq sərnişin olub. Yaralılar Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Qalereya
Oxşar xəbərlər
Tovuzda ağır qəza - 4 nəfər xəsarət aldı - FOTO
Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Qazqulu kəndində baş verib.İlkin məlumatlara g...