Tovuzda ağır qəza - 4 nəfər xəsarət aldı - FOTO

16
okt
2019
20:59
Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Qazqulu kəndində baş verib.İlkin məlumatlara görə qəza zamanı "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə zamanı 4 nəfərin - 23 yaşlı Sadıqov Ruslan Niyazi oğlu, 27 yaşlı İsayev Mirzə Komsomol oğlu, 24 yaşlı Qarayev Səxavət Bakir oğlu və Məmmədov Natiq Tofiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Qəzaya səbəb avtomobillərin yüksək surətlə hərəkət etməsi olub. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Tovuzda zəncirvari qəza – ölən var
Tovuz rayonunda zəncirvari qəza hadisəsi baş verib.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun "avtovağzal" deyilən ərazisində qeydə alını...
