Şəmkirdə ərdən DƏHŞƏTLİ əməl: Yatdığı yerdə arvadının başına butulka vurdu - FOTO
07
yan
2019
14:48
Şəmkir rayonu Qaracəmilli kənd sakini Ataşov Zeynal Ramiz oğlu gecə yatdığı zaman həyat yoldaşı Gülnarə Kazımova Zakir qızına butulka ilə ağır xəsarətlər yetirib.BAKU.WS xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalova məlumat verib:"Dünən gecə saatlarında bu xanımın şəklini bizə göndəriblər. Qadın gecə yatdığı zaman əri butulka ilə başına vurub və agır xəsarət yetirib. Ərinin içki aludəcisi olduğunu bildirdilər. Polis hazırda əri saxlayıb. Qadına sığınacağa gəlməyi təklif etdik və qərarını gözləyirik".1985-ci il təvəllüdlü Kazımova bir qız və bir oğul anasıdır.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Bakıda ana yeni doğulmuş körpəsindən imtina etdi - FOTO
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına müraciət edən qadın yeni dünyaya gətirdiyi körpəsini sığınacağa təhvil verib. BAKU.WS xəbər verir...