Qaynanası tərəfindən yatdığı yerdə "kislota" ilə yandırılan Tərlan danışdı - VİDEO
28
apr
2018
12:17
Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində müzakirəyə çıxarılan dəhşətli cinayət gündəmi zəbt edib.BAKU.WS-in məlumatına görə, Əsədova Kəmalə Kamil qızının gecə saatlarında kürəkəninin evinə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırması tamaşaçıları dəhşətə gətirib.Hazırda xəstəxanada yatan Tərlanın vəziyyəti olduqca ağırdır. Anası Sahilə xanımın sözlərinə görə, sirkə turşusu onun bədənini o dərəcədə əridib ki, kürək hissədən bağırsaqları görünür. Gözləri də tutulan Tərlan ağrılar səbəbindən çətinliklə danışa bilir. O, hadisə barədə ancaq bunları söyləyə bilib: "2015-ci ildə Sumqayıt şəhərində doğulub-böyüyən Əsədova Gülər Ərşad qızı ilə ailə qurmuşam və Oğuza gətirmişəm. Oğuz rayonunda davasız-problemsiz yaşamışıq. Bir müddətdən sonra anası Sumqayıtdakı evlərini satıb övladlarını ayırmaq istədi". Ağrılar ona fikrini tamamlamağa imkan verməyib.Qeyd edək ki, hadisə polis tərəfindən araşdırılır. Qaynananın - Əsədova Kəmalə Kamil qızının ruhi xəstəxanaya yerləşdiriləcəyi təxmin edilir.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT! Qaynana kürəkənin üstünə "kislota" töküb yandırdı - VİDEO
Azərbaycanda dəhşətli cinayət baş verib. BAKU.WS xəbər verir ki, Əsədova Kəmalə Kamil qızı gecə saatlarında kürəkəninin evinə gələrək, yatdığı yerdə onu "kislot...