Ana 35 il Ermənistanda yaşayan qızını tapdı, efirdə gözyaşlarına boğuldu (VİDEO)
22
sen
2017
16:48
Xoşqədəm Baxşəliyevanın təqdimatında efirə gedən "Səni axtarıram" verilişində ürəkparçalayan anlar yaşanıb. BAKU.WS-in məlumatına görə, övladı 35 il əvvəl erməni ailəsinə verilən Sədaqət xanım efirdə gözyaşlarına boğulub. İllər əvvəl Sədaqət xanımın əri qızını erməni ailəyə verib. Ermənistanda yaşayan, orada böyüyən Emma adlı qız erməni bir gənclə evlənib. Studiyada olan qonaqlar anadan öz qızından imtina etməsini istəyiblər. Ancaq ana Emmanın onun qızı olduğunu bildirib və onu buraxmayacağını deyib. Daha sonra qadın ağlayaraq fəryad edib və qızından üzr istəyib. "Səni axtarıram" verilişinin əməkdaşları Emma ilə əlaqə saxlayıb. Qız anası ilə Gürcüstanda görüşməyə razılıq verib. NazimBAKU.WS
Oxşar xəbərlər
Ana övladını 20 il tövlədə zəncirdə saxladı - Xoşqədəm göz yaşlarına boğuldu (VİDEO)
Xoşqədəm Baxşəliyevanın təqdimatında efirə gedən "Səni axtarıram" verilişində şok hadisənin yeni görüntüləri yayılıb. BAKU.WS-in məlumatına görə, kadrlardan gör...