Şəmkirdə 26 yaşlı oğlan ürəyindən bıçaqlandı
Şəmkirdə qətl hadisə baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü S.Tağıyev ürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Ona tibbi müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Araşdıma zamanı məlum olub ki, S.Tağıyevi aralarında baş verən mübahisə zamanı həmyerlisi 1998-ci il təvəllüdlü F.Həsənov bıçaqla vurub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə S.Tağıyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən F. Həsənov saxlanılaraq istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Ağdaşda avtomobili ildırım vurub
Ağdaş rayonunda avtomobilin ildırım vurması nəticəsində yanğın hadisəsi qeydə alınıb. BAKU.WS xəbər verir ki, hadisə iyunun 11-i saat 22 radələrində Ləki kəndi...