Səlim Müslümovun səhhəti pisləşdi, xəstəxanaya köçürüldü

Səlim Müslümovun səhhəti pisləşdi, xəstəxanaya köçürüldü
Hadisə 148

Həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhəti pisləşib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, o, saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

S.Müslümovun müayinəsindən sonra vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdədir. O, ötən ilin fevralında DTX tərəfindən saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər