Sel səbəbindən Muğanlı-İsmayıllı yolu bağlanıb - FOTO (YENİLƏNİB)

Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə yağan güclü leysan nəticəsində sel suları fəsadlar törədib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bir neçə saat davam edən leysan yağışdan sonra dağlardan gələn sel Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı və Talıstan kəndləri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinlik yaradıb.
Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bağlanmasına səbəb olub. Nəticədə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları avtomobillərin içərisinə dolub.
Hazırda İsmayıllı rayon yol-istismar idarəsinin texnikaları əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün işlər görülür.

Oxşar xəbərlər
Qasırğa və sel rayonlarda həyatı iflic etdi - VİDEO
İsmayıllıya yağangüclü yağışrayona və kəndlərəciddi ziyan vurub, evlərin damları uçub. Bölgəyə yağan leysan yağışları nəticəsində yaranan sel suları Göyçay çayı...