Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərinin son vəziyyəti açıqlandı
Şəki rayonunun Kiş kəndində dəm qazından zəhərlənən bir ailənin dörd üzvünün sön vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində dörd nəfər hospitalizasiya olunub.
"Ötən gün saat 15:40-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsilə ilə dörd nəfər (üçü kişi, biri qadın olmaqla) hospitalizasiya olunub.
Zərərçəkənlərdən biri 2019-cu il təvəllüdlü, digəri isə 2024-cü il təvəllüdlüdür.
Zərərçəkənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda hər birinin vəziyyəti stabil qiymətləndirilir",- deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır
Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royal Məmmədov" yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qal...