Şəkidə avtoqəza olub, sürücü ölüb
09
okt
2026
21:09
Şəkidə avtomobil ağaca çırpılıb, sürücü ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Şəki-Qax yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Elşad M...