Saxta sənədlə ölkədən çıxmaq istəyənlər SAXLANILDI

Saxta sənədlə ölkədən çıxmaq istəyənlər SAXLANILDI
Hadisə 208

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti tərəfindən 2022-ci ilin yanvar ayı әrzindә dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, qaçaqmalçılıq fəaliyyətləri, qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyətlər davam etdirilib.

Dövlət Sərhəd Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 29 halda 32 nәfәr saxta sәnәdlәrlә dövlәt sәrhәdini keçmәyә cәhd edәrkәn saxlanılıb. Bunların 25 nəfəri AR vətəndaşı, 7 nəfəri Türkiyə Respublikasının vətəndaşları olublar. Araşdırma zamanı saxta­laş­dırılmış sənədlərin əsasən Avropa İttifaqı üzv ölkələrinin şəxsiyyət vəsiqələri, daimi yaşayış kartları olması müəyyən edilib.

Hesabat dövrü әrzindә hüquq-mühafizə qurumlarının axtarışında olan 218 nəfər dövlət sərhədindən buraxılış məntəqələrində saxlanılaraq aidiyyəti orqanlara təhvil veriliblər. Bununla yanaşı, ölkədən çıxışı qadağan olan 265 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb. Dövlət sərhədindən buraxılış mәntәqәlәrindә rejim qaydalarının kobud şәkildә pozulması ilə əlaqədar 3 halda 3 nәfәr saxlanılaraq müvafiq qurum­lara təhvil veriliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sərhəddə əməliyyat - Saxlanılanlar var

Sərhəddə əməliyyat - Saxlanılanlar var

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri da...

818 Hadisə 12:50 11 yanvar 2020

Son xəbərlər