Axtarışda olan 4 min 458 nəfər sərhəddə saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il saxta və özgəsinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) BAKU.WS-ə verilən məlumata görə, bu barədə DSX rəhbərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nəzarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirədə deyilib.
Xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəticəsində son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin genişləndirilməsi və ölkəmizə turizm axının artması ilə əlaqədar dövlət sərhədindən buraxılış məntəqələrindən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şəraitində DSX-nin sərhəd nəzarətinin xidməti fəaliyyətinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etməsini qeyd edib.
Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statistik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nailiyyətlərin əldə olunmasında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanıb. Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılıb.
Oxşar xəbərlər
Elçin Quliyev müşavirə zamanı rəisini işdən çıxardı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-leytenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiy...