Elçin Quliyev müşavirə zamanı rəisini işdən çıxardı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-leytenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.BAKU.WS xəbər veri ki, bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub.DSX rəisi, general-polkovnik Elçin Quliyevin sədrliyi ilə keçirilən müşavirədə bildirilib ki, təkcə cari il ərzində xidmətlərində yol verdikləri nöqsanlara görə DSX-nin 55 hərbi qulluqçu sərhəd nəzarəti sahəsindən kənarlaşdırılıb.
Onlar dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qaydalarının və vətəndaşların hüquqlarının pozulması, onlara qarşı kobudluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması nəticəsində işdən kənarlaşdırılıblar.
Oxşar xəbərlər
General Elçin Quliyevin də oğlu hərbi xidmətə gedib
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurlara və onların övladlarına da...