Saxta Qarabağ əlilləri arasında dava düşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun müddətdir Qarabağ qazilərinin adından istifadə edərək kriminal işlərlə məşğul olan şəbəkənin üzvləri arasında əlbəyaxa dava baş verib.
BAKU.WS xəbər verir ki, hadisə şahidlərinin “Yeni Sabah”a verdiyi məlumata görə, dava “Motodrom” ərazisində may ayının 14-də baş verib. Qrupun aktiv üzvlərindən olan Hacıyev Məmmədəli İsgəndər oğlu digər əlillər tərəfindən döyülüb.
Redaksiyaya təqdim olunan videoda görünür ki, onu “həmkarlar”ı əsalarla şil-küt edirlər.
Görüntülərdə qrupun “liderlərindən” hesab olunan Sərxan Musayev də görünür.
O və dəstənin digər üzvləri oxuculara Əhmədli metrosunun yaxınlığında, SOCAR-ın ərazisində qanunsuz evlərin tikintisi zamanı baş verən qarşıdurmalardan tanışdır.
Döyülən şəxs Məmmədəli Hacıyev isə bir müddət əvvəl Nərimanov rayonu ərazisində maşınına od vuraraq yandıracağı ilə bağlı aksiya etməsi ilə gündəmə gəlmişdi.
Hadisə şahidlərinin bildirdiyinə görə, M.Hacıyevin “silahdaşları” tərəfindən döyülməsinə səbəb aralarında olan pul haqq-hesabı olub.
Konkret olaraq saxta əlillik məsələsi ilə bağlı qrupun əldə etdiyi pulları bölüşdürə bilmədikləri üçün dava baş verib.
Oxşar xəbərlər
Qazi adı altında reketlik edənlər - VİDEO
Ev sahibi olmaq hər kəsin arzusudur. Amma çox vaxt bu arzuya çatmaq müəyyən vəsait tələb edir. Bu vəsaitə gücümüz çatmayanda da cibimizə uyğun hərəkət etməyə ça...