Satıcıya saxta 100-lük verdi, daha sonra bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda satıcıya saxta əskinas verib soyğunçuluq edən şəxs saxlanılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda yerləşən mağazaların birində baş verib.
Naməlum şəxs satıcıya 100 manatlıq saxta əskinas verməklə qalıq məbləği götürüb. Lakin pulun saxta olduğu aşkarlandıqda ona kəsici-deşici alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.
Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı T.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Nərimanov rayonunda yerləşən köşklərin birindən 200 manat pul vəsaitini oğurlayan 19 yaşlı Ş.Həsənzadə də saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...