Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Hadisə 128

Aprelin 30-da Samux Rayon Polis Şöbəsinə rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıblar.

Mərasimi təşkil edilən şəxslər rayon polis şöbəsinə gətirilib.

Rayon polis şöbəsində həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq pandemiya qaydaları barədə bir daha məlumat verilib.

Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər