Evdə nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb - VİDEO

Tovuz rayon Polis Şöbəsinə rayonun Bozalqanlı kəndində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları RPŞ-yə gətirilib.
RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktik söhbətlər aparılaraq pandemiya qaydaları barədə bir daha məlumat verilib.
9 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Qalereya
Oxşar xəbərlər
Polis toyu dayandırdı - Saxlanılanlar var - ANBAAN VİDEO
Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub....