Samuxda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Samuxda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Samux rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, noyabrın 9-u saat 17 radələrində rayonun Burunqovaq kənd sakini, 1986-cı il təvəllüdlü Muraz Abbasovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırma zamanı 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin rayonun Burunqovaq kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Muraz Abbasova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Çələbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
Sumqayıtdakı qətlin təfərrüatı məlum olub: 3 ay əvvəl ailə həyatı qurubmuşlar - FOTO - YENİLƏNİB
Sumqayıtda kişinin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub. BAKU.WS report-a istinadən xəbər verir ki, qətlə yetirilən Ağahüseyn İmanov həyat yoldaşı Əf...