Samuxda araq oğruları tutuldu - VİDEO/FOTO
23
sen
2019
23:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Samux polisi mağazanı qarət edən şəxsləri zərərsizləşdirib. BAKU.WS-in bölgə muxbirinin veridiyi məlumata görə, rayonun Qarayeri qəsəbəsində mağazadan oğurluq edən Gəncə şəhər sakinləri saxlanılıb. Keçirilən əməliyyat axtarış tədbirləri ilə Gəncə şəhər sakinləri əvvəllər məhkum olunmuş 1993 cü il təvəllüdlü Ayxan Hüseynov və onun həmyaşıdı Rəşad Məmmədov tutulub. İlkin istintaq tədbirləri zamanı hər iki şəxsin müxtəlif vaxtlarda Samux rayonunun Alabaşlı kəndində, daha sonra isə Qarayeri qəsəbəsində mağazalardan pul və spirtli içkilər oğurladıqları təsdiqini tapıb. Dindirilmə zamanı hər iki şəxs etdiyi əməlləri etiraf ediblər. "Qarayeridəki oğurluqdan öncə özümüz üçün sadəcə gəzirdik. Birdən Ayxan mağazanın kənarında maşını saxladı. Getdi bir müddətdən sonra gələndə əlində kiçik paket və araq var idi", -deyə Rəşad Məmmədov əlavə edib.Bildirək ki, hər iki şəxs barəsində cinayət işi açılıb. Samux polisi bu şəxslərin digər cinayət əməllərində də iştirakını istisna etmir.
Qalereya
Oxşar xəbərlər
Samuxda boğulan 5 yaşlı uşaq öldü
Bir gün öncə Samux rayonunun Sərkar kəndində hovuza düşərək boğulan 2014 cü il təvəllüdlü Zeyid Heseyinli bir gün sonra axşam saatlarında dünyasını dəyişib.BAKU...