Məsciddən oğurluq edən şəxs danışdı - VİDEO
17
apr
2019
08:05
Bakıda məsciddən oğurluq edən şəxs tutulub.Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Qəsəbədəki məscidin axundu ərazi üzrə 6-cı polis bölməsinə məlumat verib ki, iş otağından oğurluq olub.Bölmə əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Mirzəyevi saxlayıb. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib.Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda yerləşən məscidlərdən birində nəzir qutusundan da oğurluq etdiyi və bu əməlinə görə polislər tərəfindən saxlanılaraq 3 ay müddətinə inzibati qaydada həbs olunduğu məlum olub.Qeyd edək ki, Anar Mirzəyev axundun otağından 1500 manat, eləcə də 500 dollar oğurlayıb. Onun oğurluq əməli məscidin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda məsciddə axunda qarşı cinayət – FOTO
Məsciddə axundun iş otağından 1500 manat və 500 ABŞ dollar oğurlayan şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirili...