Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var
17
okt
2026
09:10
Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kənd yolunda baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov "VAZ-2107" markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb. Avtomobil zərbənin təsirindən iki hissəyə bölünüb və sürücü ağır xəsarət alıb.
H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Seymur Nəcəfova yüksək vəzifə verildi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni prorektor təyin edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin m...