160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda
Müdafiə Nazirliyindəki 160 milyonluq yeyinti ittihamı ilə 5 illik məhkum edilmiş polkovnik Mahir Şirvanov azadlığa buraxılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, yerli məhkəmə belə qərar qəbul edib.
Mahir Şirvanovun cəzasının çəkilməmiş 5 ay 12 günü şərti hesab edilib. Polkovnik qərar çıxan kimi saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Hakim qərarını məhkumun cəzasının 3/4 hissəsini çəkməsi, islah olması ilə əsaslandırıb.
Qeyd edək, polkovnik Şirvanov Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi olub.
2022-ci ilin əvvəlində həbs edilib. O, bu ilin əvvəlində vaxtından əvvəl azadlığa çıxmaq istəyi ilə məhkəməyə müraciət etmişdi.
Lakin onun həmin vaxt qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilmişdi.
Oxşar xəbərlər
Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi"
Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb. BAKU.WS Baku TV-yə istinadla x...