Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb
16
okt
2026
15:20
Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma atası tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada olan idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 16 ədəd bükülüdə 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda
Müdafiə Nazirliyindəki 160 milyonluq yeyinti ittihamı ilə 5 illik məhkum edilmiş polkovnik Mahir Şirvanov azadlığa buraxılıb. BAKU.WS "Qafqazinfo"ya istinadən x...