"Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan və dron hücumu nəticəsində öldürülən 58 yaşlı lənkəranlının nəşi doğulduğu rayona gətirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev bu gün doğulduğu kənddə dəfn edilib.
Onunla vida mərasimində yaxınları, kənd sakinləri ilə yanaşı Ukraynanın Azərbaycandakı hərbi attaşesi polkovnik Taras Novrovski də iştirak edib.
Qeyd edək ki, Vahab Quliyev Kupyansk istiqamətində gedən döyüşlər zamanı PUA zərbəsi nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Vahab Quliyev məşhur "Nənələr" qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, anasının qəbrinin yanında torpağa tapşırılıb.
Oxşar xəbərlər
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi
Azərbaycanın Baş prokurorluğu "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçinin Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, zor tət...