Salyanda çaqqal kənd sakinlərinə hücum etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Salyan rayonunun Seyidsadıqlı kəndində çaqqal 3 nəfərə hücum edib.
BAKU.TV xəbər verir ki, kənd sakini 85 yaşlı Xanım Kazımova evdən həyətə düşərkən qəfil çaqqal hücumuna məruz qalıb. Daha sonra çaqqal onun qonşusu - 57 yaşlı Eyvaz Tağıyevə və 54 yaşlı Xatirə Tağıyevaya hücum edib.
Vəhşi heyvan hər üç şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, zərərçəkənlərə quduzluğa qarşı vaksin vurulub. Evə buraxılan xəstələr həkim nəzarətində saxlanılırlar.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...