Salyanda 38 yaşlı kişi itkin düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Salyan rayonunda 38 yaşlı kişi itkin düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədov Niyaməddin Məzahim oğlu ötən il dekabrın 30-u saat 15:30 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Yaxınlarının dediyinə görə, N.Məmmədov Salyanın avtovağzal ərazisində meyvə satmaqla məşğul olub. Həmin gün ona zəng gəlib, dükanda işləyən Rəşad adlı şəxsə satdığı meyvələri tapşırıb, mən getdim, ola bilsin, qayıtmadım deyib. Bu günə kimi ondan heç bir məlumat yoxdur. Bu barədə Salyan Rayon Polis Şöbəsinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
N.Məmmədovu görənlərdən Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri və ya 055 623 69 76 nömrəli telefonla əlaqə saxlamaları xahiş edilir.
Qalereya
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...