“Salyan Oil”in 28 yaşlı operatorunun meyiti Neftçalada kanalda tapıldı

“Salyan Oil”in 28 yaşlı operatorunun meyiti Neftçalada kanalda tapıldı
Hadisə 2623

Bu gün günorta saatlarında Neftçala rayonunun Yeniqışlaq kəndində Baş Mil-Muğan kollektorunun dənizə tökülən hissəsində çimən 28 yaşlı gənc boğulub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, rayonun Mirqurbanlı kənd sakini Təbriz Havasət oğlu Bağırov ata-anası ilə birlikdə həmin ərazidə istirahət edərkən çimmək qərarına gəlib. Bu zaman mənsəbdə yaranmış burulğana düşən gənc  valideynlərinin gözü qarşısında batıb.

Artıq suda boğulmuş  gəncin cəsədi FHN-ın dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, suda boğulan Təbriz Bağırov "Salyan Oil”də işləyirmiş. Belə ki, atası Havasət Bağırov uzun illər çalışdığı "Salyan Oil” əməliyyat şirkətindəki operator işindən 2 il əvvəl penisiyaya çıxandan sonra oğlu onun yerinə işə qəbul olunubmuş...

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabirabad sakini kanalda boğulub

Sabirabad sakini kanalda boğulub

Sabirabad sakini kanalda boğulub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sabirabad rayon Sarıcalar kənd sakini 1979-cu il təvəllüdlü Şirəliyev Nazim Rəis oğ...

888 Hadisə 21:56 20 iyul 2017

Son xəbərlər