Sahibkarın arvadının əl-ayağını bağlayıb - Evini taladı
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs rayonun kəndlərindən birindəki mənzilə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.
O bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Bildirilir ki, hücuma məruz qalan ev Masallıda tanınmış sahibkarlardan birinə məxsusdur. Onun rayonda yanacaqdoldurma məntəqəsi və digər obyektləri var. Hadisə zamanı H.Məmmədov sahibkarın evdə olmamasından istifadə edərək onun arvadına hücum edib, əl-ayağını bağlayaraq qızıl və pulları aparıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
58 yaşlı kişini maşın vurub öldürdü
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...