Sabirabadda evdə YANĞIN: 5 nəfər xəsarət alıb, 2 nəfər tüstüdən zəhərlənib
Sabirabadda evdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***08:50
Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində qeydə alınıb.
Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 1991-ci il təvəllüdlü Məmmədli Həmidə Heydər qızı, 2012-ci il təvəllüdlü Məmmədli Yasəmən Xalid qızı (vəziyyəti ağırdır), 2013-cü il Məmmədova Nərmin Xalid qızı, 2015-ci il təvəllüdlü Məmmədov Nihad Xalid oğlu, 2022-ci il təvəllüdlü Məmmədov Riyad Xalid oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Xalid Ələddin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Sabirabad rayonunun Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.
Qeyd edək ki, hadisə nəticəsində 160 kvadrat metrlik ev əşyaları ilə birlikdə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bu il Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss edilib
2025-ci ildə rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb. BAKU.WS xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmlə...