Sabirabadda ər arvadını öldürüb - VİDEO

Sabirabadda ər arvadını öldürüb - VİDEO
Video
Hadisə 219

Sabirabadda ər arvadını öldürüb. Polis bölməsinə könüllü təslim olan ər səbəb kimi arvadının ona xəyanət etdiyini göstərib.

Baku TV xəbər verir ki, qətl hadisəsi Sabirabadın Hacıbəbir kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Eyvaz Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 41 yaşlı Təranə Məmmədovanı balta ilə vuraraq qətlə yetirib.

Yoldaşı ilə xeyli mübahisə edən əri onu ot tayasının yanına apararaq elə oradaca baş nahiyəsindən 3 balta zərbəsi endirərək öldürüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Xeyli müddət olardı ki, ailə başçısı Türkiyəyə işləməyə, ailəsi üçün pul qazanmağa gedibmiş. Pandemiya səbəbindən geri dönə bilməyən Eyvaz Məmmədov nəhayət avqustun 8-də evinə dönə bilib.

Qeyd edək ki, onların birgə nikahından 2 övladları (bir qız və bir oğlu) var.

Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər