Sabiq deputat vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Şəhər Ağsaqqallar Şurasının və idarə heyətinin üzvü vəfat edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov dünyasını dəyişib.
Qeyd edək ki, Vəzirxan Ənsərov 1946-cı ildə anadan olub. 1983-1991-ci illərdə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin üç çağırış deputatı seçilib. 2000-ci ildən 2009-cu ilədək 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin dairə seçki komissiyasının sədri vəzifəsində çalışıb. YAP Sumqayıt şəhər təşkilatında təşkilat şöbəsinin müdiri, sədr müavini, idarə heyətinin və şuranın üzvü seçilib.
2014-cü ilin 19 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Oxşar xəbərlər
Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB
Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnolo...