Rusiyada iki azərbaycanlı quldurluq maddəsi ilə tutulub
06
noy
2018
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Kaluqa vilayətində İsmayıl Cəbrayılov və Qəşəm Mahmudov adlı iki azərbaycanlı quldurluqda təqsirli bilinərək müvafiq olaraq ciddi rejimdə 8 il və 9 il həbs cəzasına məhkum ediliblər.“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, 2017-ci ilin noyabr ayında adı bəlli olmayan başqa şəxslərlə birlikdə onlar “Mercedes” avtomobili ilə “QAZel”in yolunu kəsərək sürücü və bir nəfər sərnişindən quldurluq yolu ilə mobil telefon və 400 min rubldan çox pul (10 min manatdan çox) alıblar. Məhkəmədə müttəhimlər özlərini qismən təqsirli bilərək tanımadıqları iki nəfərə borcu qaytarmaqda kömək etmək istədiklərini bildiriblər.BAKU.WS
Oxşar xəbərlər
Qusarda 10 nəfərlik dəstə saxlanıldı
Qusarda illərdir quldurluq edən dəstə polis tərəfindən saxlanılıb.BAKU.WS xəbər verir ki, Qusar rayon polis şöbəsində qeydə alınan 17 mənzil oğurluğu və bir qul...